...

Taekvando üzrə ikiqat Avropa çempionu Niyaməddin Paşayev Dünya Kubokunun başlanmasına qədər sağalacaq

Cəmiyyət Materials 22 Avqust 2006 13:57 (UTC +04:00)

Taekvando üzrə ikiqat Avropa çempionu Niyaməddin Paşayevin ayağından aldığı zədə onun sentyabrda keçiriləcək Dünya Kubokunda iştirak etməsinə mane olmayacaq.

Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev Trend ə bildirib ki, hazırda idmançının bir həftə bundan əvvəl aldığı zədəsi sağalmaq üzrədir və tezliklə o, intensiv məşqlərə başlaya bilər. "Zədə aldığına görə Niyaməddin Açıq ölkə çempionatında iştirak edə bilməyib, lakin Dünya kubokuna qədər o, formada olmalıdır. Ona görə də atletin bu nüfuzlu yarışda çıxış etməyəcəyinə dair heç bir şübhə yoxdur", - deyə məşqçi bildirib.

Qeyd etmək lazımdır ki, məhz müxtəlif dərəcəli zədələr səbəbindən N.Paşayev bu il bir neçə beynəlxalq yarışda iştirak edə bilməyib.

Xəbər lenti

Xəbər lenti