...

MDB Mədəni Əməkdaşlıq Şurasının növbəti toplantısının tarixi müəyyənləşdirilib

Cəmiyyət Materials 22 Avqust 2006 17:27 (UTC +04:00)

MDB Mədəni Əməkdaşlıq Şurasının XXI toplantısı oktyabrın 9-10-da Bakıda keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcra komitəsindən bildiriblər.

Əvvəl toplantının iyunun 27-də keçiriləcəyi planlaşdırılmışdı, onun vaxtının dəyişdirilməsinə birlik ölkələri mədəniyyət nazirlərinin məşğul olması səbəb olub. Xatırladaq ki, toplantıda mədəni əməkdaşlığın inkişaf perspektivlərinin, mədəni irsin və müəllif hüquqlarının qorunması məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Həmçinin uzunmüddətli layihələrin həyata keçirilməsinin konsepsiya və mexanizmlərinin müzakirəsi də toplantının gündəliyinə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti