2006-cı il sentyabrın sonunda Qətərin turizm naziri Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycanın turizm imkanları ilə tanış olmaq, bu sahədə əməkdaşlığın inkişafı və sərmayə qoyuluşu perspektivlərini öyrənməkdən ibarətdir. Səfər çərçivəsində nazir ölkənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, turizm şirkətlərinin başçıları ilə bir sıra görüşlər keçirəcək, turizmin inkişaf etdiyi bölgələrə səfər edəcək.