...

ATƏT Azərbaycanda Korrupsiya ilə Mübarizə Mərkəzini açıb

Cəmiyyət Materials 8 Sentyabr 2006 15:22 (UTC +04:00)

ATƏT-in Bakı ofisi Azərbaycanda korrupsiya ilə mübarizə mərkəzini açıb. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in məlumatında deyilir.

Azərbaycanın şimal rayonu olan Quba şəhərində bu gün istifadəyə verilən Korrupsiya ilə Mübarizə Mərkəzinin açılmasında başlıca məqsəd korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsidir.

Tədbir ATƏT-in Bakı ofisi və Transparency (Şəffaflıq) - Azərbaycan təşkilatının birgə həyata keçirdikləri proqramın tərkib hissəsidir və bir müddət öncə Bakıda və Gəncədə fəaliyyətə başlayan antikorrupsiya mərkəzlərinin davamıdır.

"Korrupsiya ilə mübarizə aparmaq üçün bizim ofis ölkəyə istənilən dəstəyi verməyə hazırdır", - deyə ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi bildirib.

Mərkəzdə korrupsiya qurbanlarına üzləşdikləri hallarla bağlı məlumat vermək və bununla əlaqədar hüquqi yardım almaq məqsədilə ödənişsiz "qaynar xətt" işə salınıb. Bundan başqa, mərkəz vətəndaşların şikayətlərinin tərtib edilməsi və onların müvafiq orqanlara təqdim olunması, yerli hakimiyyyət orqanlarına daxil olan şikayətlərin baxılması və bu yaxınlarda qəbul olunan antikorrupsiya qanunvericiliyinin tətbiq olunmasında kömək edəcək.

Xatırladaq ki, ATƏT-in Bakı ofisi fəaliyyətə başladığı 2000-ci ildən korrupsiya ilə mübarizə sahəsində fəaldır. Ofis Azərbaycan hökumətinin korrupsiyanın aradan qaldırılması ilə bağlı öhdəliyinə dəstək olaraq antikorrupsiya qanunvericiliyinin qiymətləndirilməsi kimi müxtəlif layihələr həyata keçirir və 2005-ci ilin yanvarında qəbul olunan Korrupsiya ilə Mübarizə üzrə Dövlət Proqramının həyata keçirilməsində köməklik göstərir.

Xəbər lenti

Xəbər lenti