...

Avropa Qran-Prisinin yarımfinalında azərbaycanlı voleybolçular Türkiyə ilə görüşə bilər

Cəmiyyət Materials 28 Sentyabr 2006 16:34 (UTC +04:00)

Varnda keçirilən Avropa Qran-Prisinin seçmə turnirinin yarımfinalında Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının rəqibi Türkiyə ola bilər.

Trend in xəbər verdiyi kimi, türklər, o cümlədən Hollandiya komandası dünya çempionu İtaliya və Rusiya üzərində qələbə qazanaraq Faiq Qarayevin yetirmələri kimi vaxtından əvvəl pley-off mərhələsinə çıxıb. Məhz sonuncular yarımfinala kimin çıxacağını, kimin isə çıxışını qrup mərhələsində başa vuracağını müəyyən etməlidir.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəyli qeyd edib ki, yarımfinalda iştirak edəcək cütlüklər püşkatma yolu ilə müəyyən edilə bilər. "Hər halda bir il bundan əvvəl Qubada qitə Qran-Prisinin keçirilməsi zamanı Avropa Voleybol Konfederasiyasının (CEI) nümayəndələri məhz bu prosedurdan istifadə etmişdir", - deyə o nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti