...

Azərbaycan futbol çempionatı hücumçularının mübahisəsində üçhakimiyyətlilik yaranıb

Cəmiyyət Materials 2 Oktyabr 2006 11:07 (UTC +04:00)

Azərbaycan futbol çempionatı hücumçularının mübahisəsində yeddinci turun yekunları üzrə üçhakimiyyətlilik yaranıb.

Trend in xəbər verdiyi kimi, "Bakı" və Azərbaycan yığmasının əvvəllər liderlik etmiş forvardı Leandro Qomeşa, o cümlədən MKT-"Araz" klubundan Anatoli Doroş ötən turda şəxsi hesablarını artıra bilməyib. Qeyd edək ki, onların hesabında 4 top var. Bundan "Xəzər"in hücumçusu Zaur Ramazanov istifadə edib. Onun vurduğu qol səfər oyununda lənkəranlılara "Gənclərbirliyi"ni 3:0 hesabı ilə məğlub etməyə və turnir cədvəlində liderliyini gücləndirməyə imkan verib. Eyni zamanda "Qarabağ" klubundan Samir Musayevin, "Karvan" klubundan Markus Fereyranın və "Gənclərbirliyi"ndən forvard İssa Nikiemanın hər birinin hesabında 3 qol var.

Avro-2008 çempionatının seçmə oyunlarının keçirilməsi ilə əlaqədar birincilikdə fasiləni nəzərə alaraq, hücumçular qol hesablarını iki həftədən tez olmayaraq doldura biləcək.

Xəbər lenti

Xəbər lenti