...

Vakant hakim vəzifələrinə 608 namizəddən yalnız 303-ü imtahan suallarını cavablandıra bilib

Cəmiyyət Materials 2 Oktyabr 2006 12:23 (UTC +04:00)

Oktyabrın 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Məhkəmə-Hüquq Şurasının müraciətinə əsasən Bakı İdman Sarayında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün keçirilmiş test imtahanında 608 namizəddən yalnız 303-ü uğur qazanıb. Trend xəbər verir ki, hakim vəzifəsinə namizədlərin qəbulu Hakimlərin Seçki Komitəsi tərəfindən 2006-ci ilin aprel ayından sentyabrın 28-dək aparılıb və 704 nəfərin namizədliyi qeydə alınıb.

İmtahanda isə həmin namizədlərdən 608 nəfəri iştirak edib.

İmtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test kitabçalarının çoxaldılması, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə həmin auditoriyada namizədlər qarşısında həyata keçirilib.

Namizədlər hüquq sahəsini əhatə edən sualları 4 saat ərzində cavablandırıblar. Test mərhələsində uğur qazanmış namizədlər müsabiqə mərhələsinə vəsiqə əldə edib.

Xəbər lenti

Xəbər lenti