...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-qanuni ov faktlarını qeydə alıb

Cəmiyyət Materials 3 Oktyabr 2006 20:16 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərəvtlər Nazirliyinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları ötən gün Masallı və Lənkəran rayonlarında vəhşi quşların qeyri-qanuni ovlanması faktını aşkarlayıblar. 197 ədəd müxtəlif növ vəhşi quşun ovlandığı aşkar olunub. Trend in xəbər verdiyi kimi, həmin fakt üzrə sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Elə həmin gün reyd zamanı Masallı rayon sakini E.Nəsirov 28 quşu satarkən saxlanılıb.

Bununla yanaşı, bu gün Masallı rayonunun iki restoranında 135 vəhşi quş aşkarlanıb.

Qeyd edək ki, "quş qripi" virusunun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə keçən il Ekologiya və Təbii Sərəvtlər Nazirliyi tərəfindən vəhşi quşların ovuna və satışına qadağa qoyulub.

Xəbər lenti

Xəbər lenti