...

ATƏT-in söz azadlığı üzrə komissarı Bakıya gəlib

Cəmiyyət Materials 9 Oktyabr 2006 10:35 (UTC +04:00)

ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Xaraşti Bakıya gəlib. Bu barədə Trend ə ATƏT-in Bakı ofisindən məlumat verilib.

Səfər zamanı komissarın Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.

Oktyabrın 10-da Bakıda "Diffamasiya haqqında" qanun layihəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri ilə yanaşı, M.Xaraşti də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti