...

Deputatlarımız Berlində "Azərbaycan Evi" ofisinin açılış mərasimində iştirak edəcək

Cəmiyyət Materials 9 Oktyabr 2006 12:32 (UTC +04:00)

Oktyabrın 9-da Almaniyanın Berlin şəhərində "Azərbaycan Evi" ofisinin açılış mərasimi keçiriləcək. Bu barədə Trend ə Milli Məclisisn mətbuat xidmətindən bildiriblər.

Tədbirdə Milli Məclisin deputatları Elton Məmmədov, Fəttah Heydərov və Əkrəm Abdullayev iştirak edəcəklər.

"Azərbaycan Evi" xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması sahəsindəki vəziyyəti təhlil etmək, Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və s. vəzifələri həyata keçirmək məqsədilə 2006-cı ilin yanvar ayında yaradılıb.

Deputatlarımız ofislə yaxından tanış olacaq, təşkilatın fəaliyyəti ilə bağlı arzu və tövsiyələrini bildirəcəklər. Səfər oktyabrın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti