...

Mikloş Haraşti Bakıda Azərbaycan KİV-nin vəziyyəti və perspektivlərini müzakirə edir

Cəmiyyət Materials 10 Oktyabr 2006 14:13 (UTC +04:00)

Biz ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti ilə Azərbaycanda KİV-in ümumi vəziyyəti, onların inkişafı perspektivlərini, Avropada baş verən dəyişiklikləri və bu dəyişikliklərin Azərbaycanda tətbiqi ilə bağlı məsələləri müzakirə etmişik. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 10-da

komissarla görüşdən sonra Azərbaycan prezident aparatının ictimai şöbə müdiri Əli Həsənov məlumat verib.

O qeyd edib ki, oktyabrın 9-da prezident İlham Əliyevlə görüşdə M.Haraşti bir neçə təklif irəli sürüb. "Mən bu təkliflərə cavab verdim. Bundan başqa, biz Azərbaycanın ATƏT-in söz azadlığı üzrə komissarlığı ilə həyata keçirəcəyi birgə işləri müzakirə etmişik. Bu gün diffamasiya haqqında qanunun qəbul edilməsi ən aktual məsələ olaraq qalır. Biz yenə də Azərbaycanda bu qanunun qəbul edilməsinin hələ tez olması fikrindəyik. Bakı qanunvericiliyə başqa dəyişikliklər edə bilər. Misal üçün, inzibati cəza tədbirləri. Şərəf və ləyaqətin təhqir edilərkən cəza növünün seçilməsi zamanı Mülkü Məcəlləyə əsaslanmaq olar",- deyə Ə.Həsənov qeyd edib.

"Dövlət məmurları jurnalistlərlə bağlı məhkəmələrə müraciətlərin sayını azalda bilər. Jurnalistlərin həbsi ilə bağlı hər hansı dəyişikliklər edilə bilər. Ancaq biz diffamasiya haqqında qanunu təklif olunduğu şəkildə qəbul edə bilmərik. Bu, pis nəticələrə gətirib çıxara bilər",- deyə Ə.Həsənov hesab edir.

Onun sözlərinə görə, indiyədək AŞ-nin bir çox ölkələrində bu qanun qəbul edilməyib. "Azərbaycan AŞ-nin təkliflərinə həmişə müsbət yanaşır", - deyə Ə.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti