...

Azərbaycanın qadınlardan ibarət futbol yığması Avropa çempionatının seçim turnirində iştirak edəcək

Cəmiyyət Materials 10 Oktyabr 2006 15:01 (UTC +04:00)

Rumıniya, Estoniya və Bolqarıstan komandaları Finlyandiyada keçiriləcək 2009-cu il Avropa çempionatının ilkin raundu üzrə Azərbaycanın qadınlardan ibarət futbol yığmasının rəqibləri oldu.

Trend xəbər verir ki, püşkatmaya əsasən iyirmi iştirakçı beş kvartetə bölünüb və oyunları noyabrın 18-dən 23-nə qədər keçiriləcək. Hər bir yarımqrupun ən güclü komandaları qrup mərhələsinə çıxacaqlar və burada UEFA reytinqində daha yüksək yerləri tutan iyirmi beş yığma onlara yoldaşlıq edəcək. Bu zaman Azərbaycan, Makedoniya və Lüksemburqla yanaşı, yarışın debütantıdır, ona görə də turnirdə çıxış komanda üçün tanışlıq xarakteri daşıyacaq.

Qeyd etmək lazımdır ki, komandamızın oynayacağı dördüncü qrupun favoritləri rumınlar hesab olunur və mini-turnir də onların meydanında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti