...

Gəncə Dövlət Dram Teatrının binası yenidən tikiləcək

Cəmiyyət Materials 16 Oktyabr 2006 15:57 (UTC +04:00)

Gəncə Dövlət Dram Teatrı uçurulacaq və onun yerində yenisi tikiləcək. Bu barədə Trendə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə ölkə başçısı ilə görüşündə o, Gəncə Dövlət Dram Teatrı binasının bərbad vəziyyətdə olduğu barədə məlumat verib. İlham Əliyev bildirib ki, ya binanı təmir etdirsinlər, ya da söküb yerində yenisini tiksinlər. Əzizov qeyd edib ki, binanın yararsız halda olmasının nəzərə alaraq yeni və daha böyük binanın tikilməsi qərarı verilib. Teatrın binasının inşasına gələn il başlanacaq.

Gəncə Dövlət Dram Teatrının yaranmasının 85 ili tamam olur. Üç mərtəbəli binada hazırda 366 yerlik böyük və 120 nəfərlik kiçik zal yerləşir. Teatr sonuncu dəfə 5 il bundan əvvəl təmir olunub.

Xəbər lenti

Xəbər lenti