...

Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın məhkəmə iclası bir neçə saatlığa qapalı elan edilib

Cəmiyyət Materials 19 Oktyabr 2006 14:22 (UTC +04:00)

Oktyabrın 19-da Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın məhkəmə iclası bir neçə saatlığa qapalı elan edilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclasınnı qapalı elan edilməsinə səbəb Hacı Məmmədovun bacısı oğlu olan və "Beynəlxalq Bank"ın Sabunçu rayon filialının direktor müavini işləmiş təqsirləndirilən şəxs Elçin Əliyevin DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi işləmiş və Hacı Məmmədov tərəfindən qətlə yetirilmiş Azər İsmayılovla bağlı epizod ətrafında ifadə verməsi olub. Qeyd edək ki, həmin epizoda görə, Azər İsmayılov E.Əliyevin həyat yoldaşı Lalə Əliyeva ilə əlaqələrinə görə qətlə yetirilib. Qapalı iclasda bu əlaqələr araşdırılır.

Xəbər lenti

Xəbər lenti