...

Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev karyerasını "NTD Servis Devon" klubunda davam etdirəcək

Cəmiyyət Materials 20 Oktyabr 2006 14:36 (UTC +04:00)

Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev karyerasını "NTD Servis Devon" klubunda davam etdirəcək.

Trend xəbər verir ki, mövsümarası dövrdə oyunçu "Albaru" klubuna keçməli idi. Bu klub onunla maraqlanırdı, lakin gözlənilən keçid baş tutmadı. Basketbolçu üçün vizanı vaxtında ala bilmədiklərindən Zaur Azərbaycan Superliqasında çıxışını davam etdirmək qərarına gəlib. Həm də onun komanda üzrə tərəfdaşı yığmanın kapitanı Tahir Baxşıyev olacaq. Basketbolçu əvvəllər Baxşıyevlə "Qala" klubunda oynayıb, eləcə də bir mövsümü "Qərb Universiteti"ndə keçiriblər.

Fəal transfer siyasətini nəzərə alaraq, "NTD Servis Devon" çempionatda qələbə qazanmaq üçün iddiaçılardan biri hesab oluna bilər.

Xəbər lenti

Xəbər lenti