...

Azərbaycanlı konki sürənlər ABŞ-da keçiriləcək Qran-Pri turnirində iştirak edəcək

Cəmiyyət Materials 27 Oktyabr 2006 13:00 (UTC +04:00)

Azərbaycanın fiqurlu konki sürmə üzrə Kristin Freyzer-İqor Lukanin rəqs cütlüyü Qran-Pri seriyasından ənənəvi "Skate Canada" turnirində iştirak edəcək. Turnir oktyabrın 27-də Hartfordda (ABŞ) başlayacaq.

Trend in xəbər verdiyi kimi, bu, üçqat Olimpiya iştirakçıları üçün cari mövsümdə ilk yarış olacaq. Yarışda buz üzərinə dünyanın məşhur cütlükləri, o cümlədən Albena Denkova - Maksim Staviski (Bolqarıstan), Natali Peşo - Fabyen Borzo (Fransa), Aleksandra Zaretskaya - Roman Zaretski (İsrail) və başqaları çıxacaq.

Qeyd etmək lazımdır ki, əvvəlcə duetlər məcburi proqramı icra edəcək. Daha sonra onlar orijinal rəqslə çıxış edəcək, yarışda iştirakı isə sərbəst proqramla başa vuracaq.

Xəbər lenti

Xəbər lenti