...

Azərbaycanın qadınlardan ibarət yığması Dünya çempionatına hazırlığı başa çatdırır

Cəmiyyət Materials 27 Oktyabr 2006 15:35 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması oktyabrın 31-də start götürəcək Dünya çempionatı ərəfəsində Yaponiyada iqlim şəraitinə uyğunlaşır.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəyli Trend ə məlumat verib ki, komandada demək olar ki, heç kimin zədəsi yoxdur və bütün oyunçular vahid proqram üzrə məşq edirlər. "Yığma adaptasiya prosesini keçmək üçün yarışa bir həftə qalmış Yaponiyaya xüsusi olaraq gəlib. Və bu addım kollektivin yaxınlaşmaqda olan mundialda uğurla çıxış etməsinə köməklik göstərə biləcək mühüm amillərdən biri ola bilər", - deyə Z.Gözəlbəyli vurğulayıb.

Qeyd etmək lazımdır ki, sonuncu dəfə azərbaycanlı voleybolçular 90-cı illərin ortalarında Dünya çempionatının final mərhələsində çıxış edib və ikinci yeri tutublar.

Xəbər lenti

Xəbər lenti