Futzal üzrə Azərbaycan yığması yaxın günlərdə bu ilin sonuna və gələn ilin əvvəlinə nəzərdə tutulan yoldaşlıq görüşləri üzrə rəqiblərini müəyyənləşdirəcək.
Komandanın baş məşqçisi Elman Ələkbərovun Trend ə verdiyi məlumata görə, Milli Federasiya bir sıra xarici həmkarları ilə ilkin razılaşma əldə edib və indi yalnız detalları dəqiqləşdirmək qalıb. "Yaxın günlər ərzində biz həm Bakıda, həm də kənarda sınaq oyunların keçirilməsinin dəqiq tarixini müəyyənləşdirəcəyik. Xüsusən, Avropa çempionatının seçmə turniri ərəfəsində yığmamıza oyun təcrübəsi lazımdır. Burada rəqiblərimiz hollandlılar və serblər olacaq", - deyə E. Ələkbərov vurğulayıb.
Kollektivin Macarıstan, İsveçrə və İngiltərədən olan rəqiblərlə görüşlər keçirəcəyi gözlənilir.