...

Bakıda Olimpiya oyunlarına hazırlıq məsələləri müzakirə olunacaq

Cəmiyyət Materials 6 Noyabr 2006 15:24 (UTC +04:00)

Azərbaycanlı idmançıların növbəti Olimpiya oyunlarında iştirakı ilə bağlı məsələlər noyabrın 11-14-də Çinin idman məsələləri üzrə Baş İdarəsi rəisinin müavini Tsay Tsinin Bakıya səfəri zamanı müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəisi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, Tsay Tsin eyni zamanda Çin Olimpiya Komitəsi rəhbərinin müavini və Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Bu, Çin idman nümayəndə heyətinin 2008-ci ildə elə bu ölkədə keçiriləcək XXIX yay oyunları ərəfəsində Azərbaycana ilk səfəridir. Nümayəndə heyəti Azərbaycana noyabrın 11-də axşam gələcək. Noyabrın 12-də nümayəndə heyəti ölkənin keçmiş prezidenti Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər və İdman Nazirliyində görüş təşkil edəcək, o cümlədən ölkənin bir sıra idman komplekslərinə baxış keçirəcək. Noyabrın 13-də Heydər Əliyev Fondu və Milli Olimpiya Kompleksində görüşlər planlaşdırılır.

Səfər zamanı keçirilməsi planlaşdırılan bir sıra idman yarışları ilə bağlı məsələlərin, qarşıdakı Olimpiya Oyunlarında iştirakla bağlı texniki detalların müzakirəsi, təcrübə mübadiləsinin aparılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti