...

Rüfət Ağayev 3-cü dəfə dünya çempionu olub

Cəmiyyət Materials 6 Noyabr 2006 16:22 (UTC +04:00)

Dünən Azərbaycan idmançısı Rüfət Ağayev Amerikanın Nyu-York şəhərində keçirilən peşəkarlar arasında ağırlıqqaldırma idman növü üzrə dünya çempionatında qızıl medal qazanaraq respublikamızın bayrağını yüksəklərə qaldırıb. Bu barədə Trend-in qərb bürosuna idmançının qardaşı Ağa Ağayev məlumat verib.

Onun sözlərinə görə, Rüfət Amerikadan telefonla zəng edərək bu xəbəri çatdırıb. İdmançı bildirib ki, Amerika və Böyük Britaniya ilə yanaşı bir çox böyük ölkələrin peşəkar idmançılarının qatıldığı bu mötəbər yarışda 3 hərəkətin ümumi cəmində 990 kiloqram nəticə göstərərək 3-cü dəfə dünya çempionu olub. Məlumat üçün bildirək ki, R.Ağayev 110 kiloqram çəki dərəsində yarışıb.

Xəbər lenti

Xəbər lenti