...

Bakıda keçirilən ikigünlük beynəlxalq hüquqi konfransın işinə yekun vuruldu

Cəmiyyət Materials 10 Noyabr 2006 14:41 (UTC +04:00)

Bakıda dünəndən öz işinə başlayan "Konstitusiya Məhkəməsi ilə ümumi yuridiksiyalı məhkəmələr arasında qarşılıqlı əlaqələr" mövzusunda beynəlxalq konfrans noyabrın 10-da öz işini yekunlaşdırdı. Trend in xəbərinə görə, bu günkü iclasa Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev sədrlik edib.

İclasın işində "Normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd hesab edilməsi haqqında" Bakı Dövlət Universitetinin professoru Alış Qasımov, "Hüququn şərh olunmasında Konstitusiya Məhkəməsi və Kassasiya Məhkəməsinin rollarının fərqi" mövzusunda İtaliyanın Konstitusiya Məhkəməsinin sədri Franko Bile, "Almaniya Federal Konstitusiya Məhkəməsi qərarlarının ümumi yurisdiksiyalı məhkəmələr üçün məcburi qüvvəsi" mövzusunda Reqensburq Universitetinin professoru Rayner Arnold məruzə ilə çıxış edib.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb. Yekun sözlə Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti