...

"Terek" klubunun qapıçısı Dmitri Kramarenko karyerasını Azərbaycanda başa vurmaq niyyətindədir

Cəmiyyət Materials 25 Noyabr 2006 14:44 (UTC +04:00)

Azərbaycan futbol yığmasının və "Terek" klubunun keçmiş qapıçısı Dmitri Kramarenko karyerasını Azərbaycanda başa vurmaq niyyətindədir.

Trend in xəbər verdiyi kimi, qapıçı artıq yerli komandalardan bir neçə təklif alsa da, qəti cavab verə bilmir. Belə ki, "Terek" klubu ilə müqavilə hələ bir il də qüvvədədir. Bununla yanaşı, yaxın transfer dövründə qapıçının respublikaya qayıtması ehtimalı da böyükdür. Çünki onun indiki kollektivi birinci liqada turnirin yekunları üzrə Rusiya birinciliyinin premyer-ltqasına vəsiqə qazana bilməyib. Bu halda vaxtilə MOİK-də çıxış etmiş Kramarenkonun "Alaniya" və Moskvanın "Dinamo" klublarına keçməsi mümkünlüyü ilə bağlı məsələni qroznıların rəhbərliyi həll etməlidir.

Qeyd etmək lazımdır ki, "Terek" klubuna keçməzdən əvvəl D.Kramarenko bir neçə il ərzində "Karvan"nda çıxış edib.

Xəbər lenti

Xəbər lenti