Şən və Hazırcavablar Klubunun 45 və onun aparıcısı Aleksandr Vasilyeviç Maslyakovun 65 illiyinə həsr olunmuş bayram mərasimlərində iştirak edən ŞHK-nun komandası "Bakılı oğlanlar" Moskvadan qayıdıb. Komandanın aparıcı oyunçusu Bəhram Bağırzadə Trend ə xəbərində Bakı komandasının çox uğurla çıxış etdiyini bilidirib.
Həmin axşam Moskvanın Ordu Evində 16 komanda çıxış edib: 15 gənc və bir veteran. Bu veteran komanda isə "Bakılı oğlanlar" olub. Gecəni məhz Azərbaycandan olan komanda başa vurub. Bəhram Bağırzadə ilə geniş müsahibəni yaxın vaxtlarda oxuya bilərsiniz.