...

Lyubov Qutorova "Best model" müsabiqəsinin təşkilatçılarını yerli modelyerlərə qarşı hörmətsizlikdə suçlayır

Cəmiyyət Materials 27 Noyabr 2006 18:12 (UTC +04:00)

"Fasion school" model məktəbinin rəhbəri Lyubov Quturova Trend ə "Best model" müsabiqəsinin nəticələrini şərh edərkən, bir vəziyyətin ona bərk toxunduğunu bildirib. Belə ki, təşkilatçılar müsabiqədə geyimlərindən geniş istifadə edilən azərbaycanlı modelyerləri türk həmkarları ilə yanaşı münsiflərin heyətinə daxil etməyiblər: "Mən başa düşmürəm ki, necə öz mədəniyyətinə, kadrlarına belə hörmətsiz yanaşmaq və bu münasibəti əcnəbi qonaqlar qarşısında açıqcasına nümayiş etdirmək olar. Axı, həmin o Türkiyədə belə müsabiqələr keçiriləndə qonaqlar fransız modelyerləri olsa belə, münsiflərdə türk ustaları onlarla birgə əyləşirlər".

Xəbər lenti

Xəbər lenti