...

Nuşirəvan Məhərrəmli: "ANS-in tezliyinə elan olunmuş müsabiqənin nəticələrinə 2007-ci il fevralın 5-dək baxılacaq"

Cəmiyyət Materials 11 Dekabr 2006 19:02 (UTC +04:00)

ANS-in tezliyinə elan olunmuş müsabiqənin nəticələrinə 2007-ci il fevralın 5-dək baxılacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, müsabiqə ilə bağlı sənədlərin qəbulu yanvarın 5-dək davam edəcək. Bundan sonra Teleradio Şurası bir ay ərzində müsabiqənin nəticəsini, yəni tezliyin qalibini elan edəcək: "Müsabiqənin qalibinə 6 ay vaxt veriləcək ki, fəaliyyət göstərsin. Əgər 6 ay ərzində efirə çıxmasa, ona verilmiş lisenziya geri alınacaq"-deyə Şura sədri qeyd edib.

O əlavə edib ki, əgər ANS bu müsabiqədə iştirak etməyəcəksə, o zaman yayımlanmayacaq, yəni, fəaliyyəti davam etdirilməyəcək. Həmçinin dekabrın 12-dən etibarən ANS-in yayımına izacə verilməsinə baxmayaraq, bu teleşirkət tezliyə elan olunmuş müsabiqədə iştirak etməyəcəksə, müsabiqə başa çatan kimi yayımı dayandırılacaq.

N.Məhərrəmli bu müddət ərzində ANS-in yayımının bərpa edilməsinin hüquqi tərəflərinə də aydıqlıq gətirib: "ANS-in fəaliyyəti üçün vaxtilə izacə verilib, bu fəaliyyət rəsmiləşdirilməyib. Biz də həmişə bildirirdik ki, telekanal fəaliyyətini qanuniləşdirməlidir. Biz vaxtilə ANS-i dövlət qeydiyyatından keçirmişik. Onlar Azərbaycan ərazisində rəsmi fəaliyyət göstəriblər, amma eyni zamanda Teleradio Şurası ANS-ə bildirib ki, öz fəaliyyətini sənədlər əsasında qanuniləşdirsin. Yəni, lisenziya əldə etsin".

Xəbər lenti

Xəbər lenti