...

AŞ ölkələri mədəniyyət nazirləri Buxarestdə mədəni irslə bağlı "Kiyev təşəbbüsünü" müzakirə edir

Cəmiyyət Materials 15 Dekabr 2006 18:23 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin bu gün Buxarestdə başlanan görüşündə iştirak edir. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Rumıniyadakı səfirliyinin məsləhətçisi Tural Rzayev xəbər verib.

Görüşün birinci günü Cənubi Qafqaz ölkələrinin - Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də Moldava, Ukrayna və Rumıniyanın mədəniyyət nazirləri Avropa Şurası tərəfindən gerçəkləşən və mədəni əməkdaşlığın inkişafına yönəldilən "Mədəniyyət və mədəni irs sahəsində əməkdaşlıq barədə Kiyev təşəbbüsü" regional proqramının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Nazirlərin müzakirəsinə "Kiyev təşəbbüsü" çərçivəsində Azərbaycan tərəfinin həyata keçirəcəyi "Aleksandr Düma Qafqazda" kimi layihələrin, həmçinin Cənubi Qafqaz ölkələrinin mədəni irsinin qorunması layihələrinin gerçəkləşməsi məsələləri də daxil edilib.

Xəbər lenti

Xəbər lenti