...

FİFA-nın reytinqində Azərbaycan yığması 125-ci yerdədir

Cəmiyyət Materials 18 Dekabr 2006 16:41 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığması ilin yekunlarına görə FİFA-nın elan etdiyi reytinqdə yüz iyirmi beşinci yeri tutur. Trend in verdiyi xəbərə görə, noyabr təsnifatı ilə müqayisədə komanda öz mövqeyini iki maddədə pisləşdirib və öz aktivində yüz səksən beş xalı var. Bununla belə Şahin Diniyevin yetirmələri Keniyanı, Mozambiki, Yeni Zenlandiyanı, Qazaxıstanı, Qırğızıstanı və başqa ölkələri qabaqlayıb. Bununla da, yığma Avropa-2008 seçmə turnir çempionatının yalnız gələn il yenidən başlayacağını nəzərə alaraq, hesabat ayında rəsmi matçlar keçirməyib. Reytinqin ən yaxşı komandlası hələ ki, mükəmməl Braziliya olaraq qalır. O, bu reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerdə dayanan İtaliya və Argentinanı qabaqlayır.

Xəbər lenti

Xəbər lenti