...

ABŞ dövlət katbinin köməkçisi Azərbaycanda söz azadlığı ilə bağlı durumun diqqətdə saxlanacağını deyib

Cəmiyyət Materials 19 Dekabr 2006 18:51 (UTC +04:00)

Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Barri Louinkron bu gün - dekabrın 19-da kütləvi informasiya vasitələri, jurnalist təşkilatlarının rəhbərləri ilə görüş keçirib. Bu barədə Trend ə görüşdə iştirak etmiş "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı məlumat verib.

O bildirib ki, əsasən tanışlıq xarakteri dayışan görüşdə həm də Azərbaycan mətbuatının bugünkü durumu, ölkədə demokratiyanın vəziyyəti barədə müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, demokratiyanın təməl prinsiplərindən biri söz və mətbuat azadlığıdır. Barri Louinkron ABŞ-ın dövlət strukturarının Azərbaycanda demokratik prosesləri, mətbuat azadlığının durumunu diqqətində saxlayacaqlarını deyib. O, ölkəsinin Azərbaycanda demokratiyanın, azad medianın inkişafında maraqlı olduğunu vurğulayıb.

"Dövlət katibinin köməkçisi Azərbaycanda mətbuatla bağlı vəziyyət barədə məlumatlı idi, sadəcə bildikdərini dəqiqləşdirmək üçün müxtəlif səviyyəli görüşlər keçirir. Onun mərhum Elmar Hüseynovun məzarını ziyarət etməsi də ölkəsinin mediaya diqqətini göstərir. Görüşdə müxalifət mövqeli mətbuatın problemləri də qaldırıldı. ABŞ nümayəndəsi Azərbaycanda demokratiyanın, söz azadlığının durumunu dövlət katibinə, konqresmenlərə çatdıracağını dedi. Onun sözlərinə görə, ABŞ Azərbaycanda demokratiyanın inkişafı üçün öz tövsiyələrini verəcək" - E.Şıxlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti