...

"TÜRKSOY"un 24-cü daimi sessiyası 2007-ci ilin iyun ayında Qazaxıstanda keçiriləcək

Cəmiyyət Materials 20 Dekabr 2006 16:52 (UTC +04:00)

"TÜRKSOY"un ikigünlük 23-cü daimi sessiyasının yekunları üzrə birgə bəyannamə qəbul olunub. Onun mətnini Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koç səsləndirib.

Sənəddə, o cümlədən, qeyd olunur ki, "TÜRKSOY"un üzvləri beynəlxalq platformada, o cümlədən UNESCO-da mədəni dəyərlərin müdafiəsi və inkişafı üzrə birgə siyasət aparmağı öz üzərinə götürürlər. Bu barədə Trend xəbər verir.

Sessiyanın yekunlarına görə, İş planı (30 may 2005-ci ildən 15 dekabr 2006-cı ilə qədər dövrdə), eləcə də maliyyə məruzəsi (23 may 2005-ci ildən 18 dekabr 2006-cı ilə qədər dövrdə) təsdiq olunub. Həmçinin 2007-ci il üçün Fəaliyyət proqramı müzakirə və təsdiq olunub.

Həmçinin 2005-ci il üçün Beynəlxalq "TÜRKSOY" mükafatının təltif olunması, eləcə də kinofestival iştirakçılarına təqdim olunacaq 3 min dollar məbləğində xüsusi "TÜRKSOY" mükafatının təyin olunması haqqında qərar qəbul olunub.

Bununla yanaşı nazir bildirib ki, 2005-ci ilin ən yaxşı tablosuna görə min dollar həcmində "TÜRKSOY" mükafatı rəssamların 8-ci görüşündə iştirak etmiş Murat Qocaquliyevə təqdim olunub.

Eləcə də Bakıda "TÜRKSOY"un dəstəyi ilə fəaliyyət göstərəcək "Türk xalq mədəniyyəti irsinin beynəlxalq mərkəzi" bürosunun yaradılması haqqında elan olunub.

Sessiyanın yekununa görə, "TÜRKSOY"un 24-cü daimi sessiyasının 2007-ci ilin iyununda Astanada keçirilməsi haqqında qərar qəbul olunub və məhz o vaxt təşkilatın yeni baş direktorunun təyin olunması məsələsi həll olunacaq.

Xəbər lenti

Xəbər lenti