...

Gənclər və İdman Nazirliyi idmançıların gücünün bərpa edilməsi üçün avadanlıq alıb

Cəmiyyət Materials 29 Dekabr 2006 13:19 (UTC +04:00)

Azərbaycan Gəncər və İdman Nazirliyi yarışlardan sonra idmançıların gücünün bərpa edilməsi üçün avadanlıq alıb.

Bu idarənin nazir müavini İsmayıl İsmayılov Trend ə bildirib ki, artıq Respublika idman dispanserində yerləşən lazımi texnikanın alınmasına uzun illərdir ki, gərək var idi, nəhayət ki, bunu həyata keçirmək mümkün olub. İ.İsmayılov bildirib: "Bu günə qədər lazımi avadanlığın olmaması mövcud problemlərdən biri idi və bu, bu gün həllini tapdı. İndi bu avadanlıqlar idmançılarımıza yarışdan sonra kömək edəcək ki, qısa müddət ərzində öz güclərini bərpa edərək növbəti yarışlara yaxşı formada qatılsınlar. Bu, təbii ki, bizi sevindirməyə bilməz, belə ki, lisenziyalı yarışlar ərəfəsindəyik".

Xəbər lenti

Xəbər lenti