...

Dünya kubokunun yarımfinalında Teymur Rəcəbov Vasili İvançukla oynayacaq

Cəmiyyət Materials 8 Yanvar 2007 14:01 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Odessada keçirilən sürətli şahmat üzrə Dünya kubokunun yarımfinalında Vasili İvançukla oynayacaq.

Trend xəbər verir ki, Teymur ¼ finalda Aleksandr Morozeviçə qalib gəldikdən sonra onun gələcək rəqibi fransız Etyen Bakroya qalib gələ bilib. V.İvançukun titullarına baxmayaraq, mövsümə yaxşı başlamış T.Rəcəbovun bu qrossmeysterə qalib gəlmək üçün şansı var, belə ki, o, artıq ötən il Linaresdə keçirilən böyük turnirdə qalib gəlib.

Qeyd etmək lazımdır ki, Teymur yanvarın 8-də keçiriləcək yarımfinalda ukraynalıya qalib gələrsə, həlledici görüşdə o, Boris Qelfand (İsrail)- Peter Leko (Macarıstan) cütlüyünün qalibi ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti