...

Beynəlxalq Olimpiya Komitəsi 2008-ci il Olimpiadasının proqramını təsdiq etdi

Cəmiyyət Materials 17 Yanvar 2007 15:45 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi öz iclasında Pekində keçiriləcək 2008-ci il Olimpiadası proqramındakı dəyişiklikləri təsdiq edib.

Trend xəbər verir ki, Afinada keçirilən 2004-cü il Olimpiadası ilə müqayisədə Çində qadın komandalarının sayı ondan on ikiyə qədr artırılacaq. Bu, futbol, otüstü xokkey, həndbol, eləcə də bədii gimnastikaya aiddir. Qadın və kişilərdə 10 km məsafədə açıq suda üzgüçülük yarışı, qadınlar arasında rapira və qılıncoynatma üzrə komanda yarışları, qadın və kişilərdə velosiped idmanında yeni sahə, eləcə də yüngül atletikada qadınlar arasında 3000 metrəyə maneələri dəf etməklə qaçış daxil edilib. Stolüstü tennisdə cüt yarışlar komanda yarışları ilə əvəz olunub.

Eyni zamanda istisna olunub: atıcılıqda - qadınlarda dubl-trap və kişilərdə hərəkət edən hədəf, velosiped idmanında - qadınlarda 1 km-ə git və 500 m-ə git, qılıncoynatmada - qadınlarda qılınc, kişilərdə isə rapira üzrə komanda yarışları.

Olimpiya oyunlarının proqramına idmanın cəmi 28 növü üzrə yarışlar daxildir və burada 302 dəst mükafat olacaq. Pekindən başqa, Tsindaoda - yelkənli reqata, Honkonqda - at yarışları, Tyantszin, Sinxuandao, Şenyan və Şanxayda futbol oyunları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti