...

Azərbaycanın klassik güləşçiləri İrandakı turnirdə çıxış edəcəklər

Cəmiyyət Materials 27 Yanvar 2007 13:45 (UTC +04:00)

Azərbaycanın yunan-Roma güləşi üzrə komandası yanvarın 27-də Məşhəddə (İran) start götürəcək böyük beynəlxalq turnirdə iştirak edir.

Trend xəbər verir ki, kollektivin tərkibinə gənclər arasında Avropa birinciliyini mükafatçısı Zakir Abdullayev və Sakit Cəlilov (hər ikisi 60 kq), Elməddin Abdullayev (74 kq), Cavidan Həsənov və Fariz Ağasıyev (hər ikisi 84 kq), Cəlal Bahadurov və Aydın Səfərov (hər ikisi 96 kq) daxil olub. Komandaya bu yaxınlarda keçirilən ölkə çempionatında uğur göstərmiş və beynəlxalq arenada da özlərini göstərmək şansı verilmiş pəhləvanlar daxil olub.

Qeyd etmək lazımdır ki, İran startı ilə paralel olaraq Kreteldə nüfuzlu yarış başlayacaq. Bu yarışa Afina Olimpiya çempionu Fərid Mansurov (66 kq), ötən ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idmançısı Rövşən Bayramov (55 kq) və 2005-ci il Avropa çempionu Vitali Rəhimov yola düşüb.

Xəbər lenti

Xəbər lenti