...

Azərbaycanın Dövlət Komitəsi avstriyalı türkşünas alim E.Fayqlın dəfn mərasiminin təşkilatçılığında iştirak edəcək

Cəmiyyət Materials 29 Yanvar 2007 18:49 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi türk dünyasının böyük dostu, Iyana Universitetinin professoru, görkəmli türkşünas alim, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvü Erik Fayqlın dəfn mərasiminin təşkilatçılığında iştirak edəcək. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, türk tarixinin görkəmli tədqiqatçılarından biri, Azərbaycanın "Tərəqqi" ordenini daşıyan alim Erik Fayql yanvarın 26-da uzun sürən xəstəlikdən vəfat edib. Bu günlərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət bir qrup dəfn mərasimi ilə bağlı texniki-təşkilati məsələləri həll etmək və mərasimdə iştirak etmək məqsədilə Avstriya Respublikasına ezam ediləcək. Dəfn mərasimində Avstriyadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri, habelə Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyinin də iştirak edəcəyi gözlənilir. Bundan başqa, mərasimə Avstriyanın bir sıra elm və mədəniyyət xadimləri, dövlət strukturlarında təmsil olunan şəxslər, ziyalılar və KİV nümayəndələri qatılacaq.

Xəbər lenti

Xəbər lenti