...

İnsan haqları üzrə Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının iddiası ilə bağlı qərar çıxarıb

Cəmiyyət Materials 1 Fevral 2007 15:38 (UTC +04:00)

İnsan haqları üzrə Avropa Məhkəməsi Azərbaycan vətəndaşları Nabat Ramazanova, Emin Zeynalov, Zərifə Qənbərova və Eldar Əlizadə tərəfindən qaldırılmış iddia ilə bağlı qərar çıxarıb. Trend xəbər verir ki, həmin vətəndaşlar 2001-ci il aprel ayında təsis edilmiş "Bakı evsiz və məzlumlarını müdafiə" qeyri-hökumət təşkilatını təmsil edirlər.

Məhkəmə yekdilliklə qərara alıb ki, bu iş üzrə İnsan haqları üzrə Avropa Konvensiyasının 11-ci maddəsi (Toplaşmaq və assosiasiya azadlığı) pozulub. Bununla əlaqədar olaraq məhkəmə Azərbaycan hökuməti tərəfindən iddiaçılara vurulan zərə görə 4000 avro və məhkəmə xərcləri ilə bağlı 2000 avro həcmində vəsait ödənilməsi ilə bağlı qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti