...

Təhsil naziri:"Biliyi müəyyənləşdirilmiş standartlara cavab verməyən şagirdlər orta təhsil haqda sənəd almamalıdır"

Cəmiyyət Materials 27 Fevral 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Azərbaycanın Təhsil Nazirliyi orta məktəb şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün sınaq imtahanları keçirir və savadı müəyyənləşdirilmiş standartlara cavab verməyən şagirdlərin orta təhsil haqda sənəd almamasına çalışacaq. Bu haqda təhsil naziri Misir Mərdanov açıqlama verib.

O, qeyd edib ki, ali məktəblərə hazırlaşan yuxarı sinif şagirdlərinin repititorlarla fərdi məşğul olması onların dərslərə davamiyyətinə mənfi təsir göstərən amildir: "Biz, buna qarşı mübarizə aparırıq. Orta məktəb şagirdlərinin biliyinin yoxlanılması üçün ötən ildən başlayaraq şagirdlərin buraxılış imtahanlarını mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aparmağa başlamışıq. Bu ilki və gələn ilki buraxılış imtahanlarına çox ciddi hazırlıq işləri aparırıq. İstəyirik ki, biliyi müəyyənləşdirilmiş standartlara cavab verməyən şagirdlər orta təhsil haqda sənəd almasınlar. Bu istiqamətdə həm inzibati, həm də təşkilati tədbirlər görürük", deyə nazir məlumat verib. Əlavə edib ki, bir həftə bundan əvvəl Bakının Səbail, Xətai rayonlarında, Sumqayıt və İmişlidə belə sınaq imtahanları keçirilib. Yaxın günlərdə həmin sınaq imtahanlarının nəticələri nazirlikdə geniş müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti