...

Azərbaycanın xanımlardan ibalrət cüdoçuları Praqada keçiriləcək yarışda iştirak edəcəklər

Cəmiyyət Materials 2 Mart 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ müx. Trend Z.Səfərov/ Azərbaycanın cüdo üzrə qadınlardan ibarət komandası yaxın istirahət günlərində keçiriləcək dünya Kuboku uğrunda yarışda iştirak etmək üçün Praqaya yola düşüb.

Trend in verdiyi məlumata görə, heyətinə Turanə Seyidi (48 kq), Gülşən Şirinova (52 kq), Avropa çempionatının gümüş mükafatçısı Kifayət Qasımova və gənclər arasında qitə birinciliyinə bürünc medal qazanmış Ramilə Yusifova (57 kq), Gözəl Zutova və Şahanə Əliməmmədova (63 kq) daxildir.

Diqqətəlayiq haldır ki, bu mövsüm komanda ilk dəfə olaraq yarışa tam heyətlə gedir, belə ki, Parisdə dünya Superkubokunda Azərbaycan cəmi bir neçə qadın cüdoçu ilə təmsil olunurdu.

Qeyd etmək lazımdır ki, qadınlar və kişilər arasında cüdo üzrə yarışlar ayrı-ayrılıqda, hətta müxtəlif şəhərlərdə keçirilir. Yalnız Paris, Hamburq, Moskva və Rotterdamdakı bu 4 yarış güclü və zərif cinslərin hələlik birgə uğurlu çıxışıdır.

Xəbər lenti

Xəbər lenti