...

2006-cı ildə Ombudsman Aparatına 7500 şikayət daxil olub

Cəmiyyət Materials 6 Mart 2007 17:57 (UTC +04:00)
2006-cı ildə Ombudsman Aparatına 7500 şikayət daxil olub

Azərbaycan, Bakı / Trend müxbir İ.Alizade/ 2006-cı ildə Ombudsman Aparatına 7500 şikayət daxil olub. Milli Məclisin martın 6-da keçirilən iclasında İnsan hüquqları üzrə müvvəkil (ombudsman) Elmira Süleymanova 2006-cı ilin yekunları ilə bağlı hesabat verib. O qeyd edib ki, 2005-ci illə müqayisədə 2006-cı ildə şikayətlərin sayı artmasa da, onların mahiyətində ciddi dəyişiklik müşahidə olunub. Belə ki, 2005-ci ildə şikayətlərin əsas hissəsi şəxsiyət vəsiqəsinin verilməsində müşahidə olunan süründürməçilik, səsvermə hüququnun pozulması və digər məsələlərlə bağlı olub.

"2006-cı ildə Ombudsman Aparatına daxil olan şikayətlərin böyük bir hissəsi məhkəmə qərarlarının icra olunmaması və ünvanlı sosial yardımların verilməsində müşahidə olunan problemlərlə bağlıdır", - deyə E.Süleymanova qeyd edib.

Ombudsman qeyd edib ki, polis bölmələrində və müvvəqəti saxlama təcridxanalarında insanlara işgəncə verilməsi və şəxsiyəti alçaldan digər hallar qeydə alınan zaman həmin faktlar sonuna gədər araşdırılıb.

E.Süleymanova vurğulayıb ki, məhkəmə-hüquq sahəsində aparılan islahatlar bu sahədə irəliləyişlərə səbəb olub. E.Süleymanova bildirib ki, 2006-cı ildə Qobustan Qapalı Həbsxanasında aparılan monitorinq zamanı bir sıra mənfi hallar aşkarlanıb, verilən təkliflər əsasında ədliyyə nazirinin əmri ilə Qobustan Qapalı Həbsxanasının rəisi Sədaqət Ağayev vəzifəsindən azad olunub. E.Süleymanova onu da qeyd edib ki, ombudsmanın verdiyi təkliflər əsasında 18 məhbus qadın və uşaq azadlığa buraxılıb. Ombudsmanın hesabatı ətrafında müzakirələr davam etdirilir.

Xəbər lenti

Xəbər lenti