...

Gürcüstan hücumçusu zədədən sonra qaydaya düşüb

Cəmiyyət Materials 12 Mart 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ "Bakı" futbol klubu yaxınlaşan ikinci dairə ölkə çempionatının astanasında hücum xəttini gücləndirib.

Trend ə verilən məlumata görə, komandanın heyətinə zədəyə görə birinci dairənin böyük hissəsini buraxan gürcü hücumçusu Georqi Meqreladze də qayıdıb. Ancaq Tiflisdə müalicə kursu keçən oyunçu yenidən "Bakı"ya himayədarı Böyükağa Hacıyevin də çalışdığı ölkə titulunu qorumağa kömək etməyə hazırdır. Düzdür, Meqreladzeyə əsas heyətə düşmək asan olmayacaq, bunu nəzərə alaraq ki, qış fasiləsində komanda hücumçu Samir Musayev və argentinalı Fernando Pereslə müqavilə bağlayıb.

Qeyd etmək ləzımdır ki, hazırda "Bakı" yarış cədvəlində "Neftçi", "Xəzər" və "MKT-Araz" dan 2 xal geri qalaraq 4-cü yerdədir.

Xəbər lenti

Xəbər lenti