...

Azərbaycan Səhiyyə Nazirliyi Farm-İnvest topdansatış anbarını bağlayıb

Cəmiyyət Materials 16 Mart 2007 16:39 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın Səhiyyə Nazirliyinin innovasiya və təchizat mərkəzi Farm-İnvest müəssisəsinə məxsus dərman preparatlarının topdansatış anbarında reydlər aparıb. Bu barədə mərkəzdən məlumat verilib.

Anbarın yerləşdiyi zirzəmidə kondisioner və havanı dəyişmək üçün qurğu aşkar olunmayıb və dərman preparatları soyuducularda saxlanılır. Zirzəminin təmirə ehtiyacı var. Bəzi dərman növlərinin laborator müayinəsi aparılıb və onlar istifadə üçün yararsız elan olunub.

Aşkarlanmış çatışmazlıqları nəzərə alaraq lisenziya müddəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti