Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması Çimkentdə keçirilən beynəlxalq Kubok Alma TV turnirində uğurlu iştirakına görə mükafatlandırılacaq.
AFFA-dan Trend ə verilən məlumata görə, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 3 oyundan ikisində qələbə qazanaraq ikinkci yerə layiq görülmüş yığamamızın hər üzvünə 1000 AZN dəyərində mükafat veriləcək. Millimiz Özbəkistan və Qırğızıstan yığmaları üzərində 1:0 hesablı qələbə qazansa da, analoji hesabla Avropa-2008 cempionatında rəqibi olduğu Qazaxıstan yığmasına məğlub olub.
Qeyd edək ki, Çimkentdə aparılan mübarizə "A" qrupunda Polşa və Finlandiyaya qarşı oynanılacaq oyunlara hazırlıq hesab olunur.