...

Əli Həsənov keçmiş səhiyyə nazirinin məhkəməsində şahid kimi dindirilməsinə ehtiyac görmür

Cəmiyyət Materials 29 Mart 2007 16:11 (UTC +04:00)
Əli Həsənov keçmiş səhiyyə nazirinin məhkəməsində şahid kimi dindirilməsinə ehtiyac görmür

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Prezidentin İcra Aparatının içtimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Trendə" açıqlamasında bildirib ki, keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində onun şahid kimi dindirilməsinə ehtiyac görmür. Həsənov deyib ki, sabiq nazirin mühakiməsi normal keçir və orada kifayət qədər şahid ifadəsi səslənir: "Əli İnsanovun məhkəməsində kifayət qədər şahid var. Mənə elə gəlir ki, İnsanovun həkimə ehtiyacı var".

Martın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsində sabiq nazir iki vəsatət qaldırıb. Birinci vəsatət YAP-ın icra katibi Əli Əhmədov və Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun məhkəməyə əlavə şahid qismində dəvət olunması ilə əlaqədar olub. Hakim bu vəsatəti təmin etməyib. İkinci vəsatət isə məhkəmə tərkibinə etirazla bağlı olub. Hakim bu vəsatəti baxılmamış saxlayıb.

Xəbər lenti

Xəbər lenti