...

Telekanallara verilən lisenziyanın qiyməti gələn il dəyişlirilə bilər

Cəmiyyət Materials 31 Mart 2007 13:54 (UTC +04:00)
Telekanallara verilən lisenziyanın qiyməti gələn il dəyişlirilə bilər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda teleradio kanallarının yeni lisenziya qiymətinin dəyişdirilməsi məsələsinə dövlət büdcəsi formalaşdırılarkən baxılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O qeyd edib ki, prezidentin yeni sərəncamında teleradio yayımı üçün 11 min manat məbləğində lisenziya dəyəri müəyyənləşdirilib. Bu rəqəm isə Teleradio Şurasını qane etmir: "Biz Nazirlər Kabinetinin bu məsələdə tələskənlik etdiyini onların diqqətinə çatdırmışıq. Çünki Teleradio yayımı bir sahəni əhatə etmir. Televiziya, radio və kabel yayımları ayrı-ayrı sahələrdir. Televiziyalarda da regional və ölkə üzrə yayımlar var. Buna görə biz Prezident Aparatına müraciət etmişik və lisenziya dəyərinin müəyyənləşdirilməsi məsələsinə büdcə formalaşdırılarkən baxılacaq"-deyə şura sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti