...

Strasbuqda təhsil alan azərbaycanlı tələbələrin birinci forumu keçiriləcək

Cəmiyyət Materials 4 Aprel 2007 12:43 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Aprel ayının 10-da Avropa Şurasının Strasburqdaki mərkəzi binasında bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin birinci Forumu keçiriləcək. Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək forumda Strasburqdaki tələbələrlə yanaşı, Elzas bölgəsinin digər şəhərlərində, habelə Almaniyanın Strasburqa yaxın şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı gözlənilir.

Forumda Azərbaycanın AŞ yanındaki daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) baş katibi Vüsal Məmmədov, Emin Milli (Alumni Network), Strasburqda fəaliyyət göstərən Azərbaycan Evinin sədri Mustafa Alınca və xarici qonaqlar çıxış edəcək.

Bir günlük forumda əsas diqqət tələbələrin ümummilli məsələlərə münasibətdə birgə fəaliyyətinə və Azərbaycanı Avropada tanıtmağa yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti