...

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycana xüsusi avadanlıq təklif edib

Cəmiyyət Materials 10 Aprel 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Qida məhsullarının radiasiya sterilizəsindən keçirilməsi üçün BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) tərəfindən Azərbaycana xüsusi avadanlıq təklif olunub. Təklif olunan avadanlığın dəyəri 2 mln. dollara yaxındır. Bu barədə çərşənbə axşamı Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.

Onun sözlərinə görə, MAQATE bu layihəni həyata keçirsə, Azərbaycan qida məhsullarının radiasiya sterilizəsi üçün region dövlətlərinə də xidmət göstərə bilər. A.Qəribov hesab edir ki, Azərbaycanda yayılan müxtəlif mikroblar və xəstəliklərin qarşısını almaq üçün ərzaq və qeyri-ərzaq malları radiasiya sterilizəsindən keçməlidir. Bu təcrübə dünyada geniş vüsət tapıb. "Bəzi dərman bitkiləri, tibbi, cərahiyyə avadanlıqları var ki, bunlar heç vaxt qaynadılmamalıdır. Çünki bunlar qaynadılsa belə, mikroblar ölmür" - deyə A.Qəribov bildirib.

Xəbər lenti

Xəbər lenti