...

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib

Cəmiyyət Materials 11 Aprel 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. Bu barədə Trend ə çərşənbə günü Konstitusiya Məhkəməsindən məlumat verilib. Palata Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müraciətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarıb. Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 24-nə təyin edilmiş iclasında baxılacaq. Həmin iclasda Konstitusiya Məhkəməsi Palatası Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, vətəndaş Qəhrəmanov Əsəd Niftalı oğlunun şikayətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarsb.

Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun mayın 15-ə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti