...

Azərbaycanda havanın temperaturu aşağı düşüb

Cəmiyyət Materials 12 Aprel 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda havanın temperaturu iqlim normasından iki-üç dərəcə aşağı düşüb. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünün əvvəllərində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Əksər ərazilərdə, o cümlədən paytaxt Bakıda qısa müddətli yağış yağacaq. Aprelin 14-dən 15-nə keçən gecə Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti