...

Millət vəkili xəstəxanaya köçürülüb

Cəmiyyət Materials 14 Aprel 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Hüseyn Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə şənbə günü Trend ə Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev məlumat verib. Mehdiyev bildirib ki, idarəyə müraciətdən sonra Abdullayevin xəstəxanaya köçürülməsinə qərar verib. Abdullayev xəstəxanada müayinədən keçəcək. Müayinənin nəticələrindən asılı olaraq onun istintaq təcridxanasına köçürülüb-köçürülməyəcəyinə qərar veriləcək. İdarə rəisi Abdullayevin səhhəti ilə bağlı elə bir ciddi probleminin olmadığını deyib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti