...

Nazir: Bu il Azərbaycana bir milyondan çox turistin gələcəyi gözlənilir

Cəmiyyət Materials 18 Aprel 2007 16:28 (UTC +04:00)
Nazir: Bu il Azərbaycana bir milyondan çox turistin gələcəyi gözlənilir

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Turizm Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri elan olunub və hökumət də dünyada Azərbaycanın turizm potensialına marağın artması üçün hər şeyi edir. Bunu çərşənbə günü Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

VI Beynəlxalq "Turizm və Səyahət" sərgisi və 18-ə yaxın ölkənin I Beynəlxalq "Otel işi" sərgisinin açılışı zamanı nazir son zamanlar Azərbaycanın turizm potensialına marağın artdığını və iştirakçıların sayının da bun sübut etdiyini bildirib.

Onun sözlərinə görə, sərgidə 18 ölkədən olan şirkətlər iştirak edir. Qarayev Azərbaycanda bütün turizm növlərinin, xüsusilə də mədəni turizmin olduğunu bildirib. Bütün bunlar hər il turistlərin sayının artmasına xidmət edir.

"Yalnız 2006-cı il ərzində Azərbaycana 900 000 turist gəlib, bu il isə biz onların sayının milyona çatacağını gözləyirik. Amma qeyd etmək lazımdır ki, xarici turist səfərlərinə gedənlərin də sayı artır",-deyə nazir bildirib. Sərginin özəlliyindən biri kimi nazir bu ilk dəfə olaraq "Qarabağ - mədəniyyət və turizm beşiyi" stendinin təqdim olunmasını göstərdi.

Sərgidə aviaxətlər və aviaşirkətlər, avtobus turları, turoperatorlar, fəal və macəralı istirahət, idman turizmi, təhsil turizmi, kruizlər, mehmanxanalar, sanatoriya və başqa sektorlar təmsil olunacaq.

Sərgi çərçivəsində orijinal stend dizaynı və orijinal xidmət təqdimatı, stend heyətinin fəal işi, ziyarətçilərin cəlb olunması üçün ən böyük reklam kampaniyası, stenddə ölkənin və mədəniyyətinin ən parlaq təqdimatı mövzularında müsabiqə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti