...

36 internatda monitorinq keçirilib

Cəmiyyət Materials 24 Aprel 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. "TrendLife" F.Sadıxov

Təhsil Nazirliyinin tabeçiliyində olan 36 internatda monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən "TrendLife"a verilən məlumata görə, monitorinqin nəticələrinə dair müşavirə keçirilib.

Müşavirədə təhsil naziri Misir Mərdanov bildirib ki, monitorinqin məqsədi internat məktəbləri və uşaq evlərindəki mövcud vəziyyəti müəyyənləşdirməkdən ibarətdir. Nazir bu tədbirlərin 2006-2015-ci illəri əhatə edən "Uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini deyib.

Mərdanovun sözlərinə görə, monitorinq aparılan təhsil müəssisələrində uşaqların qəbul qaydaları, sənədləşmə ilə bağlı, ümumilikdə ciddi çatışmamazlıqlar və nöqsanlar aşkar edilib. Bununla əlaqədar nazir uşaq müəssisələrinin fəaliyyətinə dair yaxın günlərdə kollegiya iclasının keçirilməsinin vacibliyini bildirib. Mərdanov bununla bağlı nazirliyin müvafiq işçilərinə tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti